
Qvardiola: “Nyukasl” qayıdacaq”
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının yeni mövsümündə “Nyukasl”ın perspektivləri ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdrıcının fikrincə, “sağsağanlar” yüksək yerlər uğrunda mübarizəyə qayıda bilər:
“Nyukasl” qayıdacaq. Onların bu mövsüm Avropa yarışları yoxdur. Heyrətamiz enerjiyə sahib olacaqlar, çünki həftədə yalnız bir oyun oynayırlar. Biz onlarla matçlarda ehtiyatlı olacağıq”.
İngiltərə çempionatının açılış turunda “Mançester Siti” Londonda “Çelsi”ni 2:0, “Nyukasl” isə “Sauthempton”u (1:0) məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin