Qvardiola bəxtdən şikayətləndi
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 26-cı turu çərçivəsində səfərdə “Tottenhem”ə məğlubiyyəti (2:3) şərh edib.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, ispan mütəxəssis bəxtdən şikayətlənib:
“Keyfiyyətli komandaya qarşı yaxşı oyun oldu. Rəqib bu qədər dərindən müdafiə olunanda oynamaq və nəticə əldə etmək həmişə çətin olur. Qalib gəlmək şansımız var idi, lakin bəxt bizim tərəfimizdə deyildi”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin