
Qvardiola: “Bu turnirdə iştirak etmək bizim üçün böyük şərəfdir”
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola ABŞ-da keçiriləcək Klublararası dünya çempionatı barədə fikirlərini bölüşüb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis startı səbirsizliklə gözlədiklərini bildirib:
“Bu turnirdə iştirak etmək bizim üçün böyük şərəfdir. Startı səbirsizliklə gözləyirik. Klublararası dünya çempionatını qazanmaq bizim üçün əla nailiyyət olar. Ancaq bu kubok uğrunda daha 31 iddiaçı var. ABŞ-da nəyə nail ola biləcəyimizi görəcəyik”.
Klublararası dünya çempionatı 15 iyun-13 iyul tarixlərində keçiriləcək. “Mançester Siti” hazırda İngiltərə Premyer Liqasının son turu ərəfəsində turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



