![](https://komanda.az/wp-content/uploads/2024/10/qvardiola.jpg)
Qvardiola: “Hər şeyi edəcəyik ki, gələn mövsüm də builki ilə eyni olmasın”
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandasının çətinliklərindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı əvvəlki səviyyəyə yaxınlaşmaq istədiklərini deyib:
“Mövsümün sonunda mən və klub zədələr də daxil olmaqla qarşılaşdığımız problemlərin təkrarlanmaması üçün lazımi qərarlar qəbul edəcəyik. Biz hər şeyi edəcəyik ki, gələn mövsüm də builki ilə eyni olmasın. Əvvəlki səviyyəyə yaxınlaşmaq istəyirik”.
“Şəhərlilər” cari mövsümdə uğursuz çıxış edir və bu uğursuzluqların əsas səbəblərindən biri oyunçuların daimi zədələri hesab olunur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin