Qvardiola topdan şikayətləndi

Pep Qvardiola İngiltərə kubokunda topun keyfiyyətindən şikayətlənib.

“Şəhərlilər”in qapının üstündən və ya kənarından keçən 10 zərbəsi olub. İngiltərə kubokunda komandalar “Mitre Sports”un topları ilə oynayırlar.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis adətən belə zərbələrdən sonra topun qapıya daxil olduğunu bildirib:

“Adətən belə zərbələrdən sonra top qapıya daxil olur. Topa nəzarət etmək çətin idi. Bir çox futbolçular və məşqçilər illərdir bu haqda danışır. Uduzanda “şikayət edirsən” kimi səslənir, amma o top düzgün deyil. Bağışlayın.

Bu, illər ərzində İngiltərə kuboku və Liqa kubokunda baş verib. Biz razılığa gəlməliyik. Mən illərdir bu haqda danışıram. Elə şeylər var ki, onları idarə etmək olmur. Mən öz fikrimi bildirdim və insanlar razılaşa da, razılaşmaya da bilər. Biz qalib gəldik, ona görə də insanlar mənə qarşı daha yumşaq davranacaqlar. Amma uduzsaq da fikrim dəyişməyəcək. UEFA Çempionlar Liqasında, Premyer Liqada top müstəsnadır, ancaq bu top çox da yaxşı deyil”.

“Mançester Siti” İngiltərə kubokunun 1/8-də “Plimut”u 3:1 hesabı ilə məğlub edərək, turnirin 1/4 finalına yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button