Qvardiola: “Son matçda qalib gələ bilməsək, pley-offu unuda bilərik”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlmək şansları ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı son matçda qalib gəlməli olduqlarını deyib:

“Turnirdən kənarlaşma? Bu, olduqca mümkündür. Son matçda qalib gələ bilməsək, pley-offu unuda bilərik. Komandanın hazırda növbəti mərhələyə vəsiqə qazanmaq üçün xalları azdır. Bu, acı reallıqdır. “Brügge” ilə oyunda son şansımız qalıb. Biz qalib gəlməliyik”.

“Şəhərlilər” son matçda səfərdə PSJ ilə qarşılaşıb və 2:4 hesabı ilə uduzub. Qvardiolanın komandası Çempionlar Liqasının ümumi mərhələsinin turnir cədvəlində 25-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button