
Qvardiola 30 illik həyat yoldaşından boşanıb
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola həyat yoldaşı Kristina Serra ilə 30 illik münasibətdən sonra ayrılıb.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, 2024-cü ilin son 13 matçını uğursuz keçirən və yalnız bir dəfə qalib gələ bilən “şəhərlilər”in çalışdırıcısı boşanma ərizəsi verib.
Cütlük 1994-cü ildən birlikdə idi və üç övladı var. Son zamanlar Pep və Kristinanın münasibətlərinin gərginləşdiyi bildirilir. Onlar 10 il əvvəl rəsmi nikah bağlamışdılar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin