Qvardiola: “Axı mən axmaq deyiləm”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandası haqda fikir bildirib.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, o, çox sabit mübarizə aparan kollektiv olduqlarını deyib:

“Biz hələ trebldən çox uzağıq. Buna gülə bilərsiz, amma həqiqət budur. “Mançester Siti”də məni ən çox təsirləndirən məqamın nə olduğunu bilirsiz? Biz qalib gəlirik, kuboklar qazanırıq, amma yenə də mübarizəni davam etdiririk. Bununla fəxr edirəm.

Çempionlar Liqasını qazandıqdan sonra son pillələrdə qərarlaşmaq istəmirəm. Biz çox sabit mübarizə aparan kollektivik. Qalib gəlməsək, məni bu klubda saxlamazlar. Axı mən axmaq deyiləm”.

Mançester təmsilçisi hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 70 xalla ikincidir. Onlar lider “Arsenal”dan 5 xal geri qalır. “Şəhərlilər”in ehtiyatında 2 matç var.

Qvardiolanın komandası Çempionlar Liqasında da yoluna davam edir. Onlar turnirin 1/4 finalında “Bayern”i mübarizədən kənarlaşdırıb (3:0, 1:1). MS yarımfinalda “Real”la üz-üzə gələcək.

“Şəhərlilər” İngiltərə Federasiya kubokunun yarımfinalında “Şeffild Yunayted”i məğlub edib (3:0) və finala vəsiqə qazanıb. Onlar həlledici mərhələdə “Brayton” – “Mançester Yunayted” cütünün qalibi ilə qarşılaşacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button