Qvardiola: “Amorim yaxşı məşqçidir”
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Mançester Yunayted”ə portuqaliyalı mütəxəssis Ruben Amorimin təyinatı ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı, Amorimin yaxşı məşqçi olduğunu bildirib:
“Bir-iki il əvvəl biz “Sportinq”lə oynayanda onlar çox sıx pressinq edirdilər. Bütün bunları deyə bilərəm. Mən Mateus Nunyeslə danışdım və o, Amorim haqqında çox yaxşı danışdı. “Sportinq” cari mövsümdə Portuqaliya çempionatında bütün matçlarda qalib gəlir və UEFA Çempionlar Liqasında bizimlə eyni xala malikdir. “Mançester Yunayted” onu işə götürmək qərarına gəldi, çünki o, yaxşı məşqçidir”.
Amorim “qırmızı şeytanlar”ın baş məşqçi postundan qovulan Erik ten Haqı əvəz edəcək. Təyinat yaxın vaxtlarda rəsmən açıqlanacaq.
Bizi Facebook-da izləyin