Qvardioladan Gündoğana “yaşıl işıq”
“Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğan “Mançester Siti”yə qayıda bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər”in çalışdırıcısı Pep Qvardiola Gündoğanın transferini artıq təsdiqləyib. Hazırda “Mançester Siti” almaniyalı yarımmüdafiəçinin nümayəndələri ilə danışıqlar aparır.
33 yaşlı futbolçunun Səudiyyə Ərəbistanından da təklifləri var. O, gələcəyi barədə hələ qərar verməyib.
Gündoğan ötən mövsüm “Barselona”da 51 matçda 5 qol vurub və 14 məhsuldar ötürmə verib. Onun Kataloniya klubu ilə müqaviləsi bu mövsümün sonuna kimidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin