Qvardiola əməliyyat olunmasından danışdı

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola belindən əməliyyat olunduqdan sonra vəziyyəti ilə bağlı danışıb.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, səhhətinin yaxşılaşdığını bildirib:

“Mən yaxşılaşıram. Həkim yaxşı iş gördü və zaman keçdikcə hər şey yaxşılaşacaq. Oyunlarda olmamaq qəribə idi, amma indi hər şey qaydasındadır”.

52 yaşlı mütəxəssis avqustda kürəyindəki problemlərə görə əməliyyat olunub və komandanın Premyer Liqada iki oyununu buraxıb: “Şeffild Yunayted” (2:1) və “Fulhem”lə (5:1).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button