“Qvardiol “Mançester Siti”yə gəlməyə hazırdır”
“Mançester Siti”nin yarımmüdafiəçisi Mateo Kovaçiç “Leyptsiq”in oyunçusu Yoşko Qvardiolun “şəhərlilər”ə mümkün transferi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, həmyerlisinin Mançester klubuna gəlməyə hazır olduğunu deyib:
“Qvardiol “Mançester Siti”yə gəlməyə hazırdır. Yoşko burada karyerasının ən yüksək zirvəsini yaşaya bilər. Biz onunla dostuq. Onunla eyni komandada çıxış etsəydim, yaxşı olardı”.
Xorvatiya millisinin üzvü 2021-ci ildən Almaniya klubunda çıxış edir. O, Bundesliqa təmsilçisinin heyətində 87 oyuna çıxıb, beş qol vurub və üç məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin