Quti “Beşiktaş”dan ayrıldı

Baş məşqçisi Şenol Günəşlə yollarını ayıran Türkiyənin “Beşiktaş” klubunda daha bir ayrılıq qeydə alınıb.

Komanda.az xəbər verir ki, İstanbul klubunun ispaniyalı məşqçisi Quti də “qara qartallar”la yollarını ayırıb. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Bu xəbər hələlik klub tərəfindən rəsmən təsdiqlənməsə də, Qutinin artıq İspaniyaya döndüyü və özünə ölkəsində klub axtardığı iddia olunur.

Qutinin “Beşiktaş”dan getməsində klubun son dövrlərdə maliyyə problemləri ilə üzləşməsi səbəb göstərilir.

Karyerası ərzində yalnız Madrid “Real”ı ilə “Beşiktaş”da forma geyinən İspaniya yığmasının sabiq yarımmüdafiəçisi, məşqçi kimi də məhz bu iki kluba xidmət edib. O, 2013-2018-ci illər aralığında “Real”da gənclərdən ibarət komandalarda məşqçi kimi fəaliyyət göstərdikdən sonra, ötən ildən “Beşiktaş”da Şenol Günəşin köməkçisi kimi işləyirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button