
“Qusar”a texniki məğlubiyyət verildi
AFFA İntizam Komitəsi 2-ci Liqa təmsilçisi “Qusar”a texniki məğlubiyyət verib.
Komanda.az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.
2-ci Liqada 13-cü turun “Qusar” – “Şahdağ Qusar” oyunu meydan sahiblərinin matça gəlməməsi səbəbindən baş tutmayıb. Buna görə “Qusar”a 0:3 hesablı texniki məğlubiyyət verilib.
Klub həmçinin 300 manat cərimə edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin