
Qusar klubunun ev oyunlarını keçirəcəyi stadion məlum olub
Azərbaycanın 2-ci Liqa təmsilçisi “Şimal” klubunun 2024/2025 mövsümündə ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu barədə Qusar təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Peşəkar Futbol Liqası və SOCAR-ın Sosial İnkişaf İdarəsi ilə razılığa əsasən, komanda ev oyunlarını Siyəzən şəhər stadionunda keçirəcək.
Ötən il Region Liqasında çıxış edən “Şimal” klubu bu mövsüm Azərbaycanın 2-ci Liqasında mübarizə aparmaq hüququ qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin