AFFA-nı süründürməlimi, süründürməməlimi?

Mız

AFFA koronavirusla bağlı yaranan və ya yaranmaqda olan böhrana görə milli komandanın baş məşqçi postuna xarici mütəxəssis gətirə bilməyəcək. “Yuxarı”dan deyiblər ki, ayağınızı yorğanınıza görə uzadın. Federasiya məcbur qalıb, yerli məşqçilərdən birini milliyə baş məşqçi qoymaq istəyəcək. Azərbaycanlı məşqçilər də çox qürurlu olduqlarından, çox güman AFFA-nın təklifindən imtina edəcəklər. Axı AFFA Berti Foqtsa, Robert Prosineçkiyə, Nikola Yurçeviçə qucaq açıb, ciblərini dolduranda, azərbaycanlı məşqçilər nəinki məşqçi, heç adam yerinə qoyulmurdu. Azərbaycanın qürurlu, özlərinə hörmət edən məşqçiləri yaxın tarixdə baş verənləri unutmayıb!

Mızbaz

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button