Qurbanovun vurduğu qol “Samtrediya”ya bəs etmədi

Futbol üzrə Gürcüstan çempionatında 11-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda Kutaisi “Torpedo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Nicat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da 64-cü dəqiqədə penaltidən fərqlənən Qurbanov vurub. Bununla da o, cari mövsümdə vurduğu qolların sayını 4-ə çatdırdı.

11 turdan sonra hesabında 9 xal olan “Samtrediya” 10 komanda arasında 8-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button