Qurbanovun komandasından mövsümün son matçında heç-heçə

Futbol üzrə Belarus çempionatında mövsümə yekun vurulub.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Ruslan Qurbanovun komandası “Slaviya” (Mozır) da mövsümdəki sonuncu matçına çıxıb.

Sözügedən kollektiv 30-cu tur çərçivəsində doğma meydanda Minsk “Dinamo”su ilə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Ruslan bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

“Slaviya” mövsümü 32 xalla 16 kollektiv arasında 13-cü pillədə başa vurub və elitadakı mövqeyini qoruyub.

Qurbanov Belarus klubuna bu ilin avqustunda azad agent statusu ilə keçmişdi. O, Mozır təmsilçisində 5 çempionat matçına çıxıb, 2 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button