Qurbanovlu “Samtrediya” “Dinamo” ilə bacarmadı
Futbol üzrə Gürcüstan çempionatında 7-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda Tiflis “Dinamo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:4.
Nicat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Cari mövsümdə 3 qol vurmuş 28 yaşlı yarımmüdafiəçi bu dəfə fərqlənə bilməyib. Azərbaycanlı futbolçu 32-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
7 turdan sonra hesabında 8 xal olan “Samtrediya” 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin