Qurbanovla Sadıqovun mətbuat konfranslarının vaxtı bilinib

“Qarabağ”la “Zirə” arasında baş tutacaq Azərbaycan kubokunun final oyunundan öncə keçiriləcək mətbuat konfransları və açıq məşqlərin vaxtı müəyyənləşib.

Komanda.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, nominal meydan sahibi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı saat 16:30-da başlayacaq.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov isə 17:30-da jurnalistlər qarşısına çıxacaq. “Qartallar”ın media üçün açıq məşqi saat 18:00-da start götürəcək.

Oyunöncəsi mətbuat konfransları və açıq məşqlər iyunun 1-də, final matçı isə 2-də “Liv Bona Dea Arena”da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button