
Qurbanovla Bordin irəlilədi
Dünyanın ən yaxşı baş məşqçilərinin siyahısı açıqlanıb.
Komanda.az xəbər verir ki, siyahıda Qurban Qurbanovla Roberto Bordin də var.
Min çalışdırıcının olduğu siyahıda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 4 pillə irəliləyərək 1054 xalla 571-ci olub.
“Neftçi”nin baş məşqçisi Roberto Bordin isə 818 xalla 614-cü pillədə qərarlaşıb. İtaliyalı ötən dəfəki siyahı ilə müqayisədə 3 pillə irəliləyib.
Qeyd edək ki, siyahıya “Barselona”nın sabiq baş məşqçisi Ernesto Valverde rəhbərlik edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin