Qurbanov “Səbail”dən gedir: “Mənim üçün əsas oynamaqdı”

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ruslan Qurbanov mövsümün sonunda “Səbail”dən ayrılacaq.

Komanda.az xəbər verir ki, bu barədə 28 yaşlı hücumçu “Facebook”dakı səhifəsində məlumat yayıb.

Qurbanov paytaxt təmsilçisində daha çox forma şansı qazana bilmədiyinə görə, komandadan ayrılmağa qərar verdiyini bəyan edib:

“Səbail”in bütün əməkdaşlarına minnətdarlıq etmək istəyirəm ki, 1 il ərzində bizi dəstəklədilər və kömək etdilər. Onu da demək istəyirəm ki, klubda qalmayacağım dəqiqdi. Hələ ki, gipsdən sonra bərpa olunuram və danışıqlar aparıram. “Səbail”in azarkeşlərinə “çox sağ ol” deyirəm və komandaya Avropa Liqasında uğurlar arzulayıram. Bu qərarı qəbul etmək çətin idi. Ancaq mənim üçün əsas futbol oynamaqdı. Hamınıza uğurlar və hər şeyin ən yaxşısını diləyirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button