Qurbanov: “İstərdik ki, ilk rəqibimiz bir az asan olsun”

Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yoxlama görüşündə “Ludoqorets” klubu ilə qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Qurbanov 0:2 hesabıyla bitən matçı belə şərh edib:

– “Normal oyun keçdi.Baxmayaraq ki, Avstriyada ilk oyunumuz idi, istərdik ki, ilk rəqibimiz bir az asan olsun, bugünkü rəqibimiz yetəri qədər güclüydü. Bu oyunun bizim üçün çox faydası olduğunu düşünürəm. Bəzi futbolçular 45, bəziləri 60 dəqiqə oynadı. Abbas Hüseynov və Rahil Məmmədov 90 dəqiqə meydanda oldular. Komandamdan razı qaldım. Toplanışın ilk mikrotsiklini belə oyunla başa vurmaq bizim üçün faydalı oldu”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button