Qurban Qurbanov “Barselona”nın baş məşqçisi ilə görüşüb

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun İspaniyaya səfəri yekunlaşıb.

Komanda.az xəbər verir ki, səfər zamanı Qurban Qurbanov və onun bolqarıstanlı köməkçisi Çudomir Çakarov “Barselona”nın düşərgəsində olub. Səfərin əsas məqsədi də Kataloniya komandasının baş məşqçisi Hans-Diter Flikin işi ilə tanışlıq olub.

“Barselona”nın bazasını ziyarət edən Qurbanov Hans-Diter Fliklə görüşüb.

Qurbanov verdiyi açıqlamada Flikin işinin onun marağına səbəb olduğunu və buna görə də Kataloniya klubunun düşərgəsinə yollanmaq istədiyini demişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button