Qurbanlının komandası 3 xalı tək qolla qazandı

Futbol üzrə Moldova çempionatında 10-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Orxan Qurbanlının formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Floreşti” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Orxan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Keçirdiyi 10 oyunda 11 xal toplayan “Dinamo-Avto” 8 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button