
Qurbanlı və Şeydayevdən yeni rekord
“Qarabağ” Azərbaycan Premyer Liqasının 26-cı turunda “Səbail”i məğlub edib (3:0).
Komanda.az xəbər verir ki, həmin matç “köhlən atlar”ın hücumçuları – Ramil Şeydayev və Musa Qurbanlı üçün əlamətdar olub. Adıçəkilən futbolçular 2022/23 mövsümündə ümumilikdə 35 qol vurublar.
Qurbanlı “dənizçilər”lə matçda fərqlənib və qollarının sayını 18-ə çatdırıb. Şeydayevin aktivində isə 17 qol var.
Eyni zamanda, onlar 2008-ci ildən Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən Premyer Liqanın yeni rekordunu müəyyənləşdiriblər.
Buna qədər həmin dövrün ən məhsuldar cütlüyü Nikolas Kanales və Flavinyo idi. “Neftçi”nin keçmiş futbolçuları 2012/13 mövsümündə birlikdə 34 qola sevinmişdilər. Həmin vaxt Kanales 26, Flavinyo 8 dəfə fərqlənə bilmişdi.
Bizi Facebook-da izləyin