
Qurbanlı oynadı, “Yurqorden” səfərdə uduzdu
Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının formasını geyindiyi “Yurqorden” bu gün İsveç çempionatında növbəti oyununa çıxıb.
Komanda.az xəbər verir ki, sözügedən komanda 19-cu tur çərçivəsində səfərdə “Göteborq”la qarşılaşıb.
Görüş “Yurqorden”in 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Musa görüşün 88-ci dəqiqəsində meydana buraxılıb.
“Yurqorden” hazırda 33 xalla 4-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin