“Qurban Qurbanovun hərəkətinə həsəd apardım” – Sampaoli
Avropa Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Marsel” matçından sonra qonaq komandanın baş məşqçisi Xorxe Sampaoli mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, argentinalı mütəxəssis Ağdam klubuna qarşı keçirdikləri oyunla bağlı danışıb:
- Əlbəttə, çətin oyun oldu. İlk matçda da çətin idi, bu dəfə də. Sadəcə, bu dəfəki qələbə daha rahat oldu.
- “Qarabağ”ın oyunçusu əllə qol vursa da, Qurban Qurbanov buna reaksiya verdi və hakim qolu hesaba almadı. Həmin epizodla fikriniz necədir?
- Bilmirəm necə şərh bildirim. Həyatımda belə şey görməmişdim. Bu cür səviyyəli yarışda, istər futbolçu, istər məşqçi olsun, belə şəxsiyyətlilik nümayiş etdirmək… Onun yerində olmaq istəyərdim. Onu tərənnüm etməyə başqa söz tapa bilmirəm. Qurban Qurbanovun hərəkətinə həsəd apardım.
- Məşqçilik karyeranız ərzində “Qarabağ”ın vurduğu qola bənzər hadisə ilə qarşılaşmısınız? Sizin komandanızın başına belə hadisə gəlsəydi, qərarınız necə olardı?
- Belə bir şey olmayıb, heç vaxt göprməmişəm. Olsaydı, səmimi deyim, hakimin qərarını dəyişməsinə razılaşmazdım və qolu qeyd edərdim. Sadəcə, bu gün elə bir şey baş verdi ki, mənim üçün yenilik, təcrübə oldu.
- Oyundan əvvəl klubunuzun sosial şəbəkə hesablarında atla şəkil paylaşılmışdı. Qurban Qurbanovun bu cür feyr-pley addımından sonra evə nə ilə gedirsiz?
- Təbii ki, geriyə təyyarə ilə qayıdacağıq. “Qarabağ”ın Konfrans Liqasında digər oyunlarını izləmişəm. Hər iki oyunu götürsək, etiraf etməliyəm ki, bizdən üstün oynadılar. “Qarabağ” hörmətə layiq komandadır. Etiraf edim ki, qələbəni oyunçuların fərdi ustalığı sayəsində qazanmışıq.
- Bu oyunun ən yaxşı oyunçusu kim oldu?
- Əslində, çox çətin sualdır. Düşünürəm ki, Stiv Mandandadır.
Məhəmməd
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin