Qurban Qurbanovu yenə “oda atmaq” istəyirlər

Rəşad Ergün

Qurban Qurbanov milli komandaya baş məşqçi təyin edilməmişdi hələ, amma gözlənilirdi təyinatı. O vaxt Komanda.az-da bir neçə yazı yazdıq ki, Qurbanovu milliyə gətirmək onu “oda atmaqdır”, urvatsız etməkdir. Elə də oldu. Qurbanov millinin baş məşqçisi təyin edildi, Millətlər Liqasında uğursuz oyunlar oldu, AFFA-nın həmin dövrdəki rəhbərliyi də bunu çoxdan gözləyirmiş kimi Qurbanovu millidən uzaqlaşdırdı.

İndi yenə “Qurban Qurbanov milliyə gəlsin!” səsləri yüksəlməyə başlayıb. Niyə? “Qarabağ”da pis məşqçilik edir? Gələcək, bir-iki oyun uduzan kimi “əə, Qurban elə ancaq legionerlərin “şot”una oynayırmış” kimi fikirlər dilinizdən, qələminizdən düşməyəcək. Özünüzü tanıyırsız, özümüzü tanıyırıq.

Qurban Qurbanovun millidə işləmək haqqıdır, ən çox ona yaraşar Azərbaycan millisinin “sükan”ı. Amma bu milli komanda, bu futbolçularla yox. İmkan verin, adam daha ciddi işlərlə məşğul olsun.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button