Qurban Qurbanovu istəyən Türkiyə klubu baş məşqçisi ilə vidalaşdı
Növbəti mövsümdən Türkiyə Super Liqasında çıxış edəcək “Hatayspor” baş məşqçisi Mehmet Altıparmakla yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Altıparmakla yanaşı onun köməkçiləri ilə də müqavilə yenilənməyib.
Qeyd edək ki, Hatay təmsilçisi bir müddət əvvəl “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla danışıq aparıb. Lakin azərbaycanlı mütəxəssis türklərin təklifini müsbət cavablandırmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin