Qurban Qurbanovu istədiyi iddia edilən klub Beniteslə danışığa başlayıb

Moskva “Spartak”ı baş məşqçi postuna axtarışları davam etdirir.

Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva klubu tanınmış mütəxəssis Rafael Beniteslə danışıq aparır.

“Napoli”, “Liverpul”, “Real”, “Valensiya” kimi komandalarda işləmiş Benitesin “Spartak”da işləməyə hazır olduğu iddia edilir. Amma o, Rusiya klubundan yüksək maaş və istədiyi transferlərin reallaşdırılmasına zəmanət istəyib. 

Benites son olaraq 2023/2024 mövsümündə “Selta”nı çalışdırıb. 

Rusiya mətbuatı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun da “Spartak”ın siyahısında yer aldığını iddia edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button