Qurban Qurbanov: “Yankoviç və Qurbanlı ilə maraqlanırlar”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov hücumçu Musa Qurbanlının Avstriya “Zalsburq”una, yarımmüdafiəçi Marko Yankoviçin isə Rusiya “Ural”ına keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

Komanda.az xəbər verir ki, Qurbanov, “CBC Sport”a açıqlamasında məsələ ilə bağlı belə deyib:

“Yankoviç və Qurbanlı ilə maraqlanırlar. Rəsmi olmayanda ətraflı məlumat vermirəm. Bilsək ki, yerli futbolçuların kənarda inkişaf etmək imkanını var və ölkə futboluna faydası daha çox olar, onlara gələn təkliflərə “yox” deməməyə çalışırıq.

Yankoviçə gəlincə, komandamızda elə də çox oyun keçirməyib. Cəmi bir ildir bizimlədir. Əsas oyunçularımızdan biridir. Özünə ciddi təklif ola bilər, amma klubla hansısa danışıq olmayıb”.

Transfer məsələsinə də toxunan baş məşqçi, hücum xəttini gücləndirmək istədiklərini bildirib:

“Keyfiyyəti də yaxşılaşdırmaq istəyirik. Hücum xəttinə azı iki oyunçu alınmasını istərdim. Danışıqlar davam edir, aktiv çalışırıq. Siyahıda bir çox ölkə çempionatında çıxış edən forvardların adları var”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button