Qurban Qurbanov: “Vaqif Cavadovla qarşılaşmaq xoşdur”

“Qarabağ” bu gün Azərbaycan Premyer Liqasının 25-ci turunda “Sumqayıt”ın qonağı olub.

Komanda.az xəbər verir ki, “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov 2:0 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:

“Təbrik edirəm futbolçularımı, vacib qələbə qazandıq. Soyuq havada yaxşı mübarizə apardılar. “Sumqayıt” komandasına uğurlar arzulayıram. Onlar da sona kimi mübarizə apardılar. Azarkeşlərimizə də təşəkkür edirəm. Soyuq havada stadiona gəlmişdilər, dəstək oldular.

“Növbəti mövsümü düşünürəm” desəm, yalan olar. Mənim üçün vacib olan bu mövsüm gələcək oyunlardır.

Vaqif Cavadovla qarşılaşmaq xoşdur. Keçmiş futbolçularımı görmək mənim üçün xoşdur. Keçmiş oyunçularımı lider kimi görəndə sevinirəm və onların hər birinə uğurlar arzu edirəm”.

“Qarabağ” növbəti turda səfərdə “Araz-Naxçıvan”la üz-üzə gələcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button