
Qurban Qurbanov: “Sabah” turnir cədvəlində olduğu mövqeyə layiq deyil”
“Qarabağ” mayın 31-də Azərbaycan kubokunun finalında “Sabah”la qarşılaşacaq.
Komanda.az xəbər verir ki, oyundan iki gün əvvəl “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Qurbanov hamı üçün çox vacib oyun olduğunu bildirib:
“Qarabağ”ın baş məşqçisi olaraq hər birinizə təşəkkür edirəm. Hamı üçün çox vacib oyundur. Final oyunu sanki bir bayram kimi azarkeşlər üçün maraqlı olur. Komandaa olaraq çalışacağıq ki, yaxşı çıxış edək. Kubok oyunu prestijdir. Qarşımızda çox təşkilatlanmış komanda var. Düşünürəm ki, “Sabah” hazırda turnir cədvəlində olduğu mövqeyə layiq deyil. Bilirik ki, möhkəm komanda ilə qarşılaşacağıq. Və hər iki komandaya uğurlar arzulayıram. Bizə qarşı matçlarda müdafiədə səliqəli oynayırlar, həm də ki, çox komandada bu var. Biz həmişə lider olmuşuq, ona görə də istənilən komanda bizə qarşı daha motivasiyalı olur.
Stadionun şəraiti yaxşıdır. Düşünürəm ki, hamı üçün Sumqayıtda oynamaq maraqlı olacaq”.
“Qarabağ” – “Sabah” matçı mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Oyunun start fiti saat 19:00-da səslənəcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



