Qurban Qurbanov: “Səbail” bizim üçün problemlər yaratdı”

“Qarabağ” bu gün Azərbaycan kubokunun 1/4 mərhələsinin cavab matçında “Səbail”lə qarşılaşıb.

Komanda.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda 3:1 hesabı ilə qalib gələn “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun oyundan sonra mətbuat konfransı keçirilib. Qurbanov oyunun maraqlı keçdiyini bildirib:

“Futbolçularımı təbrik edirəm, yarımfinala vəsiqə qazandılar. Rəqib də dəyişikliklər etmişdi, bizim üçün problemlər yaratdılar. Düşünürəm ki, sıxıcı oyun olmadı. Qollar var idi. Maraqlı qarşılaşma keçdi. Təbrik edirəm komandamı”.

“Qarabağ” ilk matçda 1:0 hesabı ilə qalib gəlib. İki oyunun nəticəsinə əsasən 4:1 hesabı ilə qələbə qazanan Ağdam təmsilçisi kubokun yarımfinal mərhələsinə adlayan tərəf olub.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button