
Qurban Qurbanov: “Qarabağ”da daha çox vaxt keçirirəm, nəinki öz evimdə”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Türkiyənin “Haber Global” telekanalına müsahibə verib.
Komanda.az xəbər verir ki, o, “Qarabağ”ın bu mövsüm Avropada uğurlu çıxış etməsi və Ağdam klubundan ayrılmaq istəməməsi haqda danışıb:
“Şükürlər olsun, bəlkə də, işimiz bu il daha uğurlu alınır. Çünki futbol elə oyundur ki, bəzən hər il bunu etmək olmur. Amma bəlkə də, əvvəl çəkdiyimiz əziyyətlər bəhrəsini bu il görürük. Bizi maraqlandıran yaxınlarımız, doğmalarımız və qardaşlarımızdır. Digərləri də bunu edirsə, bizim üçün motivasiyadır. “Qarabağ” mənim birinci evimdir. Burada daha çox vaxt keçirirəm, nəinki öz evimdə. Ola bilər ki, gələcəkdə klubda, ya da sistemdə dəyişiklik olsun. Amma bu gün komandadan getmək fikrim yoxdur. “Qarabağ”da ildən-ilə daha möhkəm, daha uğurlu nəticə əldə etmək istəyirəm”.
Bizi Facebook-da izləyin



