Qurban Qurbanov: “Daha baxımlı oyun ola bilərdi”

“Qarabağ” bu gün Azərbaycan Premyer Liqasının 33-cü turunda “Sumqayıt”la qarşılaşıb.

Komanda.az xəbər verir ki, “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov 2:0 hesablı qələbə qazandıqları oyundan sonra mətbuat konfransında matçla bağlı fikirlərini bildirib:

“Qarşımızda istəkli, məğlub olmağı xoşlamayan, sınmayan bir komanda vardı.

Ümumilikdə, çox olmasa da, xeyli sayda qol epizodları yaşandı. Daha baxımlı oyun ola bilərdi. Ən azından birəbir mübarizələr oldu. Sevindirici haldır ki, 90 dəqiqə meydanda mübarizə gedir. Məncə, yaxşı oyun keçdi.

Çoxdandır müəyyən səbəblərə görə “Azərsun Arena”da oyun olmurdu. Yenidən burada azarkeşləri görmək heç də pis olmadı. Bütün “Qarabağ” camiəsini təbrik edirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button