Qurban Qurbanov: “Bizi çətin qarşılaşmalar gözləyir”

Azərbaycanı futbol üzrə UEFA Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın 1-ci təsnifat mərhələsindəki rəqibi məlum olub.

Komanda.az xəbər verir ki, Ağdam klubu bu mərhələdə son Albaniya çempionu “Partizani”ylə qarşılaşacaq.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov püşkü belə dəyərləndirib:

“Həmişəki kimi, ciddi rəqiblə qarşılaşacağıq. Albaniya klubları çox intizamlı oyun göstərirlər. Bizi çətin qarşılaşmalar gözləyir. Bildiyim qədər, komandanı yeni baş məşqçi çalışdıracaq. Bizim üçün tanış olmayan rəqib olacaq, ötən mövsüm mübarizə aparan komandayla bu ilki arasında fərq çox olacaq, həm məşqçi dəyişikliyi, həm də ola bilər ki, yeni transferlər… Həddindən artıq ciddi və diqqətli olmalıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button