Qurban Qurbanov: “Avropadan hansısa təklif gözləmirəm”

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2-ci turunda Danimarkanın “Kopenhagen” klubunu qəbul edib (2:0).

Komanda.az xəbər verir ki, oyundan sonra “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov Avropadan hansısa təklif gözləmədiyini deyib:

“Azərbaycanın ən yaxşı məşqçisi olmaq barədə çox tələsməyək. Həmçinin, qıraqdan gələn təklif haqda düşünmürəm. Bu gün mənim ağlımdan belə bir şey keçmir. Avropadan hansısa təklif gözləmirəm. Azərbaycandayıq, inşallah, yaxşı olar”.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button