Qurban Qurbanov – 10-cu dəfə Azərbaycanın ən yaxşısı!
Azərbaycanda 2019-cu ilin ən yaxşı futbol məşqçisinin adına aydınlıq gəlib.
Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib olub. 64 mətbu orqanından 68 jurnalistin qatıldığı sorğuda Qurbanov digər namizədləri böyük fərqlə geridə qoyaraq, 2019-cu ilin ən yaxşı məşqçisi seçilib. O, 59 səs toplamaqla birinci olub. Bununla da, Qurbanov 10-cu dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi seçilib.
Sorğuda iştirak edənlərdən 6-sı “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasova, 2-si “Qəbələ”yə ölkə kubokunu qazandırmış Sənan Qurbanova, 1-i isə “Səbail”in çalışdırıcısı Aftandil Hacıyevə səs verib. Maraqlıdır ki, “Neftçi”nin italiyalı baş məşqçisi Robertə Bordinə sorğuda səs verən olmayıb.
“Qarabağ” son mövsümdə Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan çempionu olub, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. “Köhlən atlar” cari mövsümdə də 31 xalla Azərbaycan Premyer Liqasının vahid lideridir.
Qurban Qurbanovun ilin ən yaxşı məşqçisi kimi mükafatandırılması mərasimi dekabrın 14-də keçiriləcək. Tədbir “Fairmont otel”in (“Üç alov qülləsi”) Səttar Bəhlulzadə zalında keçiriləcək və saat 16.00-da başlayacaq.
Kim kimə səs verib?
Qurban Qurbanov – 59
Ayxan Abbasov – 6
Sənan Qurbanov – 2
Aftandil Hacıyev – 1
Roberto Bordin – 0
İdman qəzetləri
- Mahir Rüstəmli (“Futbol+”) – Qurban Qurbanov
- Qabil Mehdiyev (“İdman”) – Qurban Qurbanov
İdman saytları
- Kənan Məstəliyev (“Rekord.az”) – Qurban Qurbanov
- Səxavət Qurbanov (“İdmanxeber.az”) – Qurban Qurbanov
- Elçin Cəlilov (“Futbolpress.az”) – Qurban Qurbanov
- Saleh Arslan (“Korner.az”) – Qurban Qurbanov
- Amal Abuşov (“Sport7.az”) – Qurban Qurbanov
- Aydın Bağırov (“Qol.az”) – Qurban Qurbanov
- Kamran Hacı (“Allsport.az”) – Qurban Qurbanov
- Pərvin Kazımoğlu (“Fanat.az”) – Qurban Qurbanov
- Ceyhun Əliyev (“Sport24.az”) – Qurban Qurbanov
- PFL.az – Qurban Qurbanov
- Rüfət Nadirli (“Sportarena.az”) – Qurban Qurbanov
- Mirələm Həsənli (“Sportlife.az”) – Qurban Qurbanov
- Fərəc Aslanov (“Olimpsport.az”) – Qurban Qurbanov
- Elşən Məmmədov (“Sportnet.az”) – Qurban Qurbanov
- Seymur Teymurov (“Offsideplus.az”) – Ayxan Abbasov
- İxtiyar Əsgərov (“Matc.az”) – Qurban Qurbanov
- Xanoğlan İmanov (“Stadium.az”) – Qurban Qurbanov
- Mərdan Həsənov (“Newsport.az”) – Qurban Qurbanov
- Araz Əhmədov (“Sportfm.az”) – Qurban Qurbanov
- Çingiz Abbasov (“Futbol11.az”) – Qurban Qurbanov
- Vüqar Xeyrullayev (“Apasport.az”) – Qurban Qurbanov
- Ceyhun Əzizli (“Aut.az”) – Qurban Qurbanov
- Vüsal Məmmədzadə (“Sportline.az”) – Qurban Qurbanov
- Vüqar Zeynalov (“Azerisport.com”) – Qurban Qurbanov
- İbrahim Cəfərov (“Futbolxeber.az”) – Qurban Qurbanov
- İlkin Vaqifoğlu (“Sportinfo.az”) – Aftandil Hacıyev
- Şahin Oğuz (“Sportal.az”) – Qurban Qurbanov
- İlkin Vidadioğlu (“Sportmedia.az”) – Qurban Qurbanov
- Əli Həyati (“Futbolmedia.az”) – Qurban Qurbanov
- Ürfan Məmmədli (“Cempion.az”) – Qurban Qurbanov
- Anar Cəfərsoy (“Supersport.az”) – Qurban Qurbanov
Komanda.az
- Rəşad Ergün – Qurban Qurbanov
- Aygül Qarayeva – Qurban Qurbanov
- Şahin Cəfərov – Ayxan Abbasov
- Pərviz Eltürk – Qurban Qurbanov
- Vüqar Məmmədov – Qurban Qurbanov
Televiziya
- Gündüz Abbaszadə (“CBC Sport”) – Qurban Qurbanov
- Mehman Rəsulov (“Real” TV) – Qurban Qurbanov
- Azər İsmayıl (ARB TV) – Qurban Qurbanov
- Ceyhun Rzayev (“Xəzər” TV) – Qurban Qurbanov
- Sənan Şəfizadə (ATV) – Qurban Qurbanov
- Kənan Hakimov (“İctimai” TV) – Qurban Qurbanov
- Tərlan Şahinoğlu (“İdman” TV) – Qurban Qurbanov
- Rövşən Əhlimanoğlu (“Lider” TV) – Qurban Qurbanov
- Tural Xudiyev (“Space” TV) – Qurban Qurbanov
İctimai-siyasi mətbuat
- İlham Quliyev (“Kaspi” qəzeti) – Qurban Qurbanov
- Səbuhi Musayev (“Oxu.az”) – Qurban Qurbanov
- Elsevər Məmmədov (“Qafqazinfo.az”) – Qurban Qurbanov
- Vəsilə Yusuflu (“Bakupost.az”) – Sənan Qurbanov
- İlqar Tağıyev (“525-ci qəzet”) – Qurban Qurbanov
- Səxavət Məmməd (“Yenicag.az”) – Qurban Qurbanov
- Ceyhun Məmmədov (“Şərq qapısı” qəzeti) – Qurban Qurbanov
- Elçin Cəfərov (“Azərbaycan” qəzeti) – Qurban Qurbanov
- Aygün İlqarqızı (“Unikal.org”) – Qurban Qurbanov
- Təranə Xudabaxşiyeva (“Ayna.az”) – Qurban Qurbanov
- Teymur Tuşiyev (“Sputnik Azərbaycan”) – Ayxan Abbasov
- Elmir Əliyev (“Haqqin.az”) – Qurban Qurbanov
- Zahir Əzəmət (“Qaynarinfo.az”) – Qurban Qurbanov
- Həbib Müntəzir (“Meydan TV”) – Ayxan Abbasov
- Aqil Lətifov (“Publika.az”) – Ayxan Abbasov
- Şamo Quliyev (“Report.az”) – Qurban Qurbanov
- Zahid Nurəliyev (“Teleqraf.com”) – Qurban Qurbanov
- Aytən Məmmədova (“Azadliq.info”) – Qurban Qurbanov
- Hacıbəy Heydərli (“Azxeber.com”) – Ayxan Abbasov
- İlkin Baba (“Azərbaycan radiosu”) – Sənan Qurbanov
- Ramin Deko (“Azadlıq radiosu”) – Qurban Qurbanov
Bizi Facebook-da izləyin