Quluzadənin komandası yenə uduzdu

Futbol üzrə Bosniya və Herseqovina Premyer Liqasında 31-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası – “Çelik” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Jrinski” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 0:1. Amit bu görüşün iştirakçısı olmayıb.

“Çelik” hazırda 39 xalla 12 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button