
Quluzadə Moldovada rəmzi 11-liyə düşdü
Futbol üzrə Moldova çempionatında 3-cü turun rəmzi komandası açıqlanıb.
Komanda.az xəbər verir ki, rəmzi 11-likdə “Milsami”nin azərbaycanlı futbolçusu Amit Quluzadə də yer alıb.
Turun rəmzi heyətinə Amitin daha 3 komanda yoldaşı düşüb.
Qeyd edək ki, “Milsami”nin “Speranta”ya 3:0 hesabı ilə qalib gəldiyi görüşdə Quluzadə 90 dəqiqə meydanda olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin