Qullit əsəbiləşdi – “Cəhənnəm olsunlar”
Niderland yığmasının sabiq yarımmüdafiəçisi Rud Qullit qaradərili məşqçilərə inamın olmamasından narazılıq edib.
Komanda.az xəbər verir ki, Qullit Niderlandda qaradərililərlə ağdərililərə eyni şəraitin yaradılmadığını idda edib:
“Edqar Davidsin təyinatını gündəmə gətirməyiniz yaxşı oldu. Qaradərili mütəxəssislərə hər dəfə yalnız köməkçi məşqçi olmağa icazə verilir. Cəhənnəm olsunlar. Patrik Klyuvertə Niderland millisində nə etməyə icazə verilmişdi? Məşq keçirdi? Bilmirəm.
Mənə də deyirdilər ki, futbolçuların yanında ol. Amma məşq keçməyə heç vaxt icazə vermirdilər. Söhbət hamı üçün bərabər imkanların yaradılmasından gedir. Bu bərabər imkanlar haqda danışanda, dərhal ortaya insanlar çıxır və deyirlər: “Bəli, bizdə hər şey keyfiyyət olmalıdır”. Məncə, bu, çox pis səslənir. Bu o deməkdir ki, bizdə keyfiyyətin olmadığını etiraf edirsən. Belə yanaşma, düşüncə, pisdir, çox pis”.
Bir müddət əvvəl məlumat verilmişdi ki, Edqar Davids Niderland millisinin məşqçilər korpusuna qoşulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin