Quliyevli “Jonava” doğma meydanda uduzdu
Futbol üzrə Litva 1-ci liqasında 26-cı turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamran Quliyevin formasını geyindiyi “Jonava” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Daynava” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.
Kamran da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Cari mövsümdə 10 qol vuran futbolçumuz bu matçda fərqlənə bilməyib.
“Jonava” hazırda 37 xalla 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin