
Quliyevlə Sadıqovun komandası “Krasnodar”la bacarmadı
Futbol üzrə Rusiya Premyer Liqasında 10-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Krasnodar”la qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
Ayazın adı bu matçın iştirak ərizəsinə salınmayıb. Sadıqov isə 76-cı dəqiqədə meydana buraxılıb. O, 90+5-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Ximki” 10 turdan sonra 8 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin