Quliyevlə Sadıqovun komandası evdə xal itirdi
Futbol üzrə Rusiya Premyer Liqasında 9-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Krılya Sovetov”la qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Azərbaycanlı futbolçular bu matçın iştirakçısı olmayıblar. Ayaz Quliyevin adı ümumiyyətlə iştirak ərizəsinə salınmayıb. İlya Sadıqov isə sonadək ehtiyatda qalıb.
“Ximki” 9 turdan sonra 8 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin