Quliyevlə Cəfərov Minskdə startdaca dayandı
Belarusun paytaxtı Minskdə 2-ci Avropa Oyunları davam edir.
Komanda.az xəbər verir ki, bu gün iki yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.
Sakit Quliyevin Avropa Oyunlarında debütü uğursuz alınıb. Həmyerlimiz ilk mərhələdə xorvatiyalı rəqibinə uduzub.
Kərim Cəfərov isə 1/8 finalda Norveç təmsilçisinə məğlub olub.
Güləşçilərimizin məğlub olduğu rəqibləri finala yüksələ bilməyib. Bu üzdən də Sakitlə Kərim bürünc medal qazanmaq şansını da itirib.
60 kq
1/8 final – Sakit Quliyev – İvan Lizatoviç (CRO) 0:4
67 kq
1/8 final – Kərim Cəfərov – Haavard Yorqensen (NOR) 1:4
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin