Quliyev “Zenit” üzərində qələbəyə sevindi

Futbol üzrə Rusiya Premyer Liqasında 11-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” (Tula) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Zenit”lə qarşılaşıb. Ayazın komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Quliyev də bu görüşün iştirakçısı olub. O, 76-cı dəqiqədə meydana buraxılıb.

“Arsenal” geridə qalan 11 turda 12 xal toplayıb və 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button