
Quliyev “Ximki”nin məğlubiyyətini kənardan izlədi
Futbol üzrə Rusiya Premyer Liqasında 5-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Axmat”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
Ayaz bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Ximki” 5 turdan sonra 7 xalla 16 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin