
Quliyev üçün 90 dəqiqə və 1 xal
Futbol üzrə Rusiya Premyer Liqasında 23-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” (Tula) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Axmat”la qarşılaşıb. Ayazın komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Quliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Arsenal” geridə qalan 23 turda 21 xal toplayıb və 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin